“Ermənistanda bir diktatura – bir nəfərin hakimiyyəti qurulub” – Danielyanbackend

"Ermənistanda bir diktatura - bir nəfərin hakimiyyəti qurulub" - Danielyan

2018-ci ildən əvvəl Ermənistanda bir çox çatışmazlıqlar var idi, amma indi baş verənlər bununla müqayisə edilə bilməz.

KONKRET.az xəbər verir ki, bunu politoloq Stepan Danielyan sentyabrın 11-də siyasi mülahizələrə görə təqib edilən şəxslərin hüquqları Komitəsinin “Ermənistanda siyasi repressiyalar: İyun-İyul 2026” adlı faktiki hesabatının təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, bu pozuntular artıq geniş yayılıb.

Politoloq bildirib ki, “Mahiyyət etibarilə Ermənistan Respublikasında bir diktatura – bir nəfərin hakimiyyəti qurulub”.

O bildirib ki, hesabatı onlayn olaraq erməni və ingilis dillərində əldə etmək mümkündür.

“Sənəd bütün səfirliklərə, beynəlxalq təşkilatlara və Ermənistan mediasına göndərilib.

Biz daim eşidirik ki, 2018-ci ildən bəri Ermənistan bir növ demokratiya adasına çevrilib, respublikada qanunun aliliyi tətbiq olunur, suverenlik möhkəmlənir və bir çox nailiyyətlərimiz var. 2018-ci ildən əvvəl və 2018-ci ildən sonra vəziyyətin hüquqi baxımdan necə olduğunu müqayisə etmək maraqlı olardı. Aydındır ki, indi pozuntular geniş yayılıb”, – Danielyan bildirib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*