Ermənistanda boşanmalar artırbackend

Ermənistanda boşanmalar artır

Ermənistan Statistika Komitəsinin dərc etdiyi son məlumatlara görə, 2022-ci ildə Ermənistanda doğum səviyyəsi daha da azalıb, boşanmalar yenidən artıb.

KONKRET.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, 2022-ci ildə 19 195 oğlan, 17 158 qız doğulub. Ümumilikdə 36 353 uşaq doğulub ki, bu da əvvəlki illə müqayisədə 270 uşaq azdır.

2021-ci illə müqayisədə boşanmaların sayı 91 və ya 2,1% artaraq, ümumilikdə 4 525 boşanma olub.

2022-ci ildə ən çox boşanma paytaxtda qeydə alınıb. Bununla belə, əvvəlki illə müqayisədə boşanmaların ən böyük artımı Sünik bölgəsində, təxminən 44% müşahidə olunub. Vayots Dzor bölgəsində boşanmalar 38%, İrəvanda isə 10% artıb.

Yerevan Dövlət Tibb Universitetinin rektoru Armen Muradyanın sözlərinə görə, son on ildə Ermənistanda nikahların sayı 13% azalıb, boşanmaların sayı isə 40% artıb.

Muradyan bildirib ki, 1992-ci ildə ilk övladını dünyaya gətirən qadınların orta yaş həddi 22 idi, indi isə 28-dir.//Yeniavaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*