“Ermənistanda əclaflıq və xəyanət baş verir” – Karapetyanbackend

"Ermənistanda əclaflıq və xəyanət baş verir" - Karapetyan

“Ermənistanda hakimiyyətin faktiki olaraq “Arsax”ın üstündən xətt çəkməsi artıq heç kimə sirr deyil”.

KONKRET.az xəbər verir ki, bunu İsrailin Xayfa şəhərinin erməni kilsəsinin rahibi Moisey Yiqal-Karapetyan deyib. O bildirib ki, erməni hökuməti artıq çoxdan Qarabağı təhvil verib.

“Paşinyanın bəhanələri o qədər yersiz və primitivdir ki, ən azı zehni qabiliyyəti çox aşağı olan insanlar üçün nəzərdə tutulub.

“Onda mən bütün bu Azərbaycansevərlərə xatırlatmağa cəsarət edirəm ki, danışıqlarda “Arsax”ın Azərbaycanın tərkib hissəsi olmasının yolverilməzliyi tezisini səsləndirməkdən imtina etmək yalnız əks- tezisin xeyrinə oynayır, yəni Azərbaycanın maraqlarına xidmət edir.

Qalanları isə axmaqlar üçün boş sözlərdir”, – o deyib.

Karapetyan daha sonra Paşinyan və komandasını tənqid edib:

“Yeri gəlmişkən, paşistlər səmimi olaraq inanırlar ki, onların “sadə insanlar”dan olan tərəfdarları hər cür oyun və cəfəngiyyat “yedirdilə” bilən axmaqlardır və onlar “Apaqa Ka” sədaları ilə bütün bu pisliyi həzm edəcəklər.

Təəssüf ki, təcrübə göstərir ki, ən inadkar paşistlər məhz onların paşist bütlərinin onları hesab etdikləri kimidirlər”.

Rahibin fikrincə, Ermənistan hakimiyyətinin Qarabağı “zorla” azərbaycanlaşdırması Türkiyə-Azərbaycan birliyinə xidmətdən başqa bir şey deyil:

“Məsələ bu deyil… Əsas məsələ odur ki, artıq üçüncü gündür ki, hakimiyyət sözün əsl mənasında ədəbsizliklə qışqırır ki, guya heç bir seçim yoxdur və “Arsax” Azərbaycanın tərkibində olmalıdır. “Arsax”ın Azərbaycanın bir hissəsi olmasının qeyri-mümkünlüyündən imtina isə izah olunmur.

Əclaflıq və xəyanət – “Arsax”ın Azərbaycanın tərkib hissəsi olmasının mümkünsüzlüyü barədə susqunluqlarına haqq qazandırmağa çalışanların qısa xülasəsi budur”, – deyə Karapetyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*