Ermənistanda keçmiş gömrük məmurunun ƏMLAKLARI müsadirə edilir – SİYAHIbackend

Ermənistanda keçmiş gömrük məmurunun ƏMLAKLARI müsadirə edilir - SİYAHI

Ermənitanın Antikorrupsiya Məhkəməsi qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı Baş Prokurorluğun növbəti iddiasını icraata qəbul edib.

KONKRET.az xəbər verir ki, Baş Prokurorluq Ermənistan Respublikası Dövlət Gəlirləri Komitəsinin Qaçaqmalçılıq və İkili Gömrük Nəzarəti ilə Mübarizə İdarəsinin Quqark şöbəsinin keçmiş rəisi Asatur Hamlet oğlu Saakyan və onunla əlaqəli şəxslərə məxsus əmlakın dövlətin xeyrinə müsadirə edilməsini tələb edir.

İddiada aşağıdakı əmlakların müsadirəsi tələb olunur:

▪️ İrəvan şəhərində 2 daşınmaz əmlak obyekti;
▪️ 4 nəqliyyat vasitəsi;
▪️ 4 hüquqi şəxsdə iştirak payları;
▪️ 183 milyon 561 min dram;
▪️ 10 milyon 566 min dram.

Məhkəmə iddianı icraata qəbul edib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*