Ermənistanın baş prokuroru Anna Vardapetyan respublika parlamentinə “Hayastan” fraksiyasından olan müxalif deputat Mher Saakyana qarşı cinayət işinin başlanmasına razılıq verilməsi üçün petisiya göndərib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı erməni mediası yayıb.
“Ermənistan Respublikasının baş prokuroru Anna Vardapetyan deputat Mher Saakyana qarşı cinayət işinin başlanması üçün parlament sədrinə vəsatət təqdim edib”, – məlumatda deyilir.
Qeyd edək ki, martın 31-də parlamentdə Saakyan və hakim partiyadan olan deputat Vladimir Vardanyanın iştirakı ilə insident baş verib.
İstintaqın versiyasına görə, Saakyan yüksək tonuna görə Vardanyana əsassız irad bildirib və onu vurub.
İqbal Rzayev,
KONKRET.az
