Ermənistanda müxalifət telekanalının rəhbəri SAXLANILDIbackend

Ermənistanda müxalifət telekanalının rəhbəri SAXLANILDI

“Yerkir Media” teleşirkətinin direktoru Baqrat Yesayan Ermənistanda saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı “Armenia Today” saytı yayıb.

Mənbə yazır ki, bu günlərdə mülki geyimli 4 naməlum şəxs Yesayanı ofisindən birbaşa heç bir izahat vermədən Milli Təhlükəsizlik Xidmətinə aparıblar.

Ehtimal olunur ki, bu, 2 il əvvəl başlanmış cinayət işi ilə bağlıdır.

Söhbət təqsirləndirilən 10-dan çox şəxsin Baş Prokurorluğun binası yaxınlığında keçirilən aksiyada Nikol Paşinyana söyüş söydükləri haqda açılan cinayət işindən gedir.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*