Ermənistanda yeni tip koronavirusa (Covid-19) yoluxanların sayı 190 nəfərə çatıb.
KONKRET.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Beləliklə, sutka ərzində Ermənistanda daha 30 nəfər koronavirusa yoluxub.
Qeyd edək ki, artıq erməni sosial şəbəkələrində vurğulanır ki, ölkədə belə getsə, vəziyyət nəzarətdən çıxa bilər. Ümumi rəy bundan ibarətdir ki, müvafiq strukturlar ölüm hallarını gizlətməyə çalışırlar.