Ermənistanda xəyanətdə ittiham olunan hərbçi HƏBS EDİLDİ – VİDEObackend

Ermənistanda xəyanətdə ittiham olunan hərbçi HƏBS EDİLDİ - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Hərbi Əks-kəşfiyyat İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dövlətə xəyanətdə ittiham olunan əsgər saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan MTN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistan vətəndaşı olan hərbi qulluqçu sosial şəbəkə vasitəsilə xarici kəşfiyyat xidmətlərinin nümayəndəsi ilə görüşüb və əməkdaşlığa cəlb edilib.

Bundan sonra ona “WhatsApp” vasitəsilə fotoşəkillər göndərmək müqabilində 2 milyon dram vəd edilib.

O, mütəmadi olaraq videozənglər apararaq, öz hərbi hissəsinin binaları, silah-sursat, hərbi zirehli texnika, qoşunların və nəqliyyat vasitələrinin sayı və növləri, kəşfiyyat və kəşfiyyat vasitələrinin sayı barədə məlumatları xarici kəşfiyyat xidmətlərinin nümayəndəsinə ötürməyi öhdəsinə götürüb.

Hərbçi təqsirləndirilən şəxs qismində həbs edilib.

İqbal rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*