Ermənistanda yarım milyon insan az qidalanır.
KONKRET.az xəbər verir ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının “Aclıq xəritəsi”nə əsasən, Ermənistanda 500 minə yaxın insan qida çatışmazlığından əziyyət çəkir.
Təşkilat həmçinin bildirib ki, son bir ayda qida çatışmazlığından əziyyət çəkənlərin sayı 70 min nəfər artıb.
Xəritəyə əsasən, ölkədə 5 yaşa qədər uşaqların təxminən 4,4 faizi kəskin, 9,4 faizi isə xroniki qidalanmadan əziyyət çəkir.
Dünya Bankının məlumatına görə, Ermənistanda 2021-ci ildə yoxsulluq 7% artıb. 2020-ci ildə bu, 27% idi.
Mənbəyə görə, Ermənistanın əhalisi 3 milyon nəfərdir.

Xuraman Etibarlı,
KONKRET.az
