Ermənistanda hərbi qulluqçu qəfil ölüb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat verib. Nazirlik avqustun 7-də “N” saylı hərbi hissənin müqaviləli hərbi qulluqçusu, sıravi Arşaluys Ovannisyanın (1976-cı il təvəllüdlü) qəfil öldüyünü açıqlayıb.
Ölümün səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
Xuraman Etibarlı,
KONKRET.az
