“Biz Dağlıq Qarabağ xalqından onun gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almamışıq”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün parlamentdə bildirib.
Nazirin sözlərinə görə, “Ona görə də onların statusu ilə bağlı məsələni həll etmək hüququmuz yoxdur, biz bunu iddia etməmişik və etməyə çalışmırıq. Ermənistan-Azərbaycan nizamlanması prosesində təmin etməyə çalışdığımız yeganə şey inandığımızdır: bu nizamlanma Azərbaycan və erməni xalqları arasında dialoqun başlanması üçün platforma yaratmasa, sülh real, tam hüquqlu, uzunmüddətli və davamlı ola bilməz”, – deyə Mirzoyan bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
