Ermənistanın xarici işlər nazirinin yeni malikanəsi qalmaqala səbəb olub.
KONKRET.az xəbər verir verir ki, bu barədə Civilnet.am nəşri məlumat yayıb. Nəşr Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ötən ilin sonunda 280 min dollar dəyərində dəbdəbəli malikanə aldığını üzə çıxarıb.
“Yüksək rütbəli məmurlar, “Vətəndaş müqaviləsi” partiyasının üzvləri maddi vəziyyətlərini yaxşılaşdırmaqda davam edirlər.
Ararat Mirzoyan və həyat yoldaşı Qoar Abajyan malikanəni 2022-ci ilin dekabrında 112 milyon dram (280 min dollar) qarşılığında alıblar. Malikanə Kotayk rayonunun Kasax kəndində yerləşir.
Daşınmaz Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinin məlumatına görə, bazar dəyəri 115 milyon dramdır. Amma diqqətçəkən məqam odur ki, müqavilədə kredit üzrə faizlərin məbləği göstərilməyib.
Ümumilikdə, Mirzoyan və Abajyan “Vətəndaş müqaviləsi” parlament fraksiyasının üzvü Xaçatur Sukiasyanın ailəsinə məxsus bankdan 345 milyon dram qədər kredit götürüblər, bunun 115 milyonu artıq malikanə almağa yönəlib.
Beləliklə, Mirzoyanın sosial mövqeyi bu illər ərzində açıq şəkildə yaxşılaşıb. 2018-ci il inqilabından sonra Ararat Mirzoyan baş nazirin birinci müavini, 2019-2021-ci illərdə parlamentin sədri, 2021-ci ilin avqustundan isə xarici işlər naziri vəzifələrində çalışıb.
Xuraman Etibarlı,
KONKRET.az
