“Ermənistanın xarici siyasəti rəsmi Bakının siyasətindən qat-qat aşağıdır” – Ovannisyanbackend

"Ermənistanın xarici siyasəti rəsmi Bakının siyasətindən qat-qat aşağıdır" - Ovannisyan

“Hazırda Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammiti çərçivəsində müxtəlif ölkələrin rəhbərləri ilə təkbətək görüşlər keçirir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Orbeli” mərkəzinin keçmiş eksperti Andranik Ovannisyan bildirib.

‘Bu görüşlər zamanı Əliyev Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verənlərin Azərbaycan versiyasını təqdim edir. Yəni ən yüksək səviyyədə Bakı versiyası təbliğ olunur, ona görə də Ermənistan işğalçı kimi təqdim olunur. Ermənistanın qeyri-legitim baş naziri Nikol Paşinyan isə ehtiyat edərək Özbəkistanda təkcə Mərkəzi Asiya ölkələrinin deyil, həm də dünya liderlərin bir araya gəldiyi ŞƏT sammitində iştirakdan çəkinmək qərarına gəlib”, – Ovannisyan deyib.

O, daha sonra fikrini belə davam etdirib: “Hələ bundan sonra dünyada Ermənistanı yalnız az sayda bir neçə ölkənin dəstəkləməsinə təəccüblənirsiniz? Ermənistanın xarici siyasəti Azərbaycanın rəsmi İrəvanın hətta eyni inteqrasiya birliyində olan ölkələrlə apardığı siyasətdən qat-qat zəifdir”.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*