“Ermənistanla İran Türkiyə və Azərbaycana qarşı birgə hərəkət edə bilər” – Vanetsyanbackend

"Ermənistanla İran Türkiyə və Azərbaycana qarşı birgə hərəkət edə bilər" - Vanetsyan

“Ermənistan və İran Türkiyə və Azərbaycanın planlarına qarşı birgə hərəkət edə bilər”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan MTX-in keçmiş rəhbəri, “Hayrenik” müxalif partiyasının sədri  Artur Vanetsyan İranın “Şərq” qəzetinə müsahibəsində deyib.

“İrəvan və Tehran ümumi çağırışlar və təhdidlərlə üz-üzədir. Bu da Türkiyə və Azərbaycanın “aqressiv” planlarından qaynaqlanır,

Bakı və Ankaranın Cənubi Qafqazda siyasəti təkcə Ermənistan qarşı deyil, həm də İran və Rusiyaya qarşı yönəlib. Bu çağırışlar yalnız daha sıx əməkdaşlıq yolu ilə həll edilə bilər. Həmçinin hərbi əməkdaşlığı mümkün qədər gücləndirmək və dərinləşdirmək lazımdır.

Tehran-İrəvan-Moskva “oxu” regionda təhlükəsizliyin əsas komponentinə çevriləcək. Bu istiqamətdə əməli addımlar atılmalıdır. Bu formatın qurulması bizi hər cür təcavüz və ambisiyalardan qoruyacaq”, – deyə Vanetsyan çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*