Estoniya Rusiya ilə sərhəddə mühafizə zonasını 10 metrdən 300 metrə qədər genişləndirməyi planlaşdırır.
KONKRET.az “ERR” portalına istinadən xəbər verir ki, bu barədə Estoniya Daxili İşlər Nazirliyinin sərhəd və miqrasiya siyasəti departamentinin rəhbəri Janek Maqi bildirib.
Onun sözlərinə görə, kameraların da nəzarətində olan sözügedən zonada əlavə infrastruktur obyektləri tikiləcək.
“İndiki qaydalar bizə sərhədi yaxşı qorumağa, bütün infrastrukturu 10 metr məsafədə yerləşdirməyə, yolu patrul etməyə və orada lazımi müşahidə məntəqələri qurmağa imkan vermir”, – departament rəhbəri bildirib.
Qeyd edək ki, sentyabrın 19-da Estoniya, Latviya, Litva və Polşa Rusiya vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub.
İqbal Rzayev,
KONKRET.az
