Etiraz aksiyalarında iştirak edən 10 erməni deputatın mandatı GERİ ALINA BİLƏRbackend

Etiraz aksiyalarında iştirak edən 10 erməni deputatın mandatı GERİ ALINA BİLƏR

Etiraz aksiyalarında iştirak edən Ermənistan parlamentinin 10 deputatı artıq ciddi səbəb olmadan iştirak etməmə həddini keçib.

KONKRET.az xəbər verir ki, Milli Məclisin Reqlamenti iclasın sonunda Milli Məclisin Şurasında müzakirə edildikdən sonra bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək imkanı verir. Müxalifət deputatlarından mandatları alına bilər.

Hər ay parlament katibliyi nəticələrə yekun vurur və “proqul”ların statistikasını tərtib edir.

Parlamentin cari – yaz sessiyasının sonuncu iclası iyunun 17-nə təyin edilib. Bundan sonra nəticələr ümumiləşdiriləcək və onların əsasında qərar veriləcək.

“Deputat ezamiyyətdə və ya xəstə olarsa, iştirak etməyənlər üzrlü sayılacaq, – spikerin mətbuat katibi Çovinar Xaçatryan izah edib.

Üstəlik, onların mandatından məhrum edilməsi üçün deputatların 1/5-i Konstitusiya Məhkəməsinə müraciət etməli olacaq.

Aşağıdakı deputatlar ən çox üzrsüz buraxmalara sahibdirlər:

İşxan Saqatelyan – 100
Vage Akopyan – 97
Lilit Qalstyan – 98
Armen Rustamyan – 101
Artur Qazinyan – 98
Qeqam Manukyan – 128
Andranik Tevanyan – 104
Armen Çarçyan – 119
Aspram Krpeyan – 102
Artur Vanetsyan – 115

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*