“Evdə qal” təlimatının yaradıcısına qarşı qalmaqallı ittiham irəli sürüldübackend

"Evdə qal" təlimatının yaradıcısına qarşı qalmaqallı ittiham irəli sürüldü

ABŞ Konqresindəki sessiyada ABŞ Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun keçmiş direktoru Dr. Entoni Fauciyə qarşı qalmaqallı ittiham irəli sürülüb.

KONKRET.az xəbər verir ki, ittihama görə, Fauci “COVID-19-un mənşəyi və necə yayıldığı haqqında ictimaiyyəti bilərəkdən çaşdırıb.

Respublikaçı senatorlar iddia etdiblər ki, Fauci virusun istehsal olunduğu laboratoriyanı maliyyələşdirib. O isə bu iddiaları rədd edib, şəxsi e-poçt ünvanından heç vaxt iş məqsədləri üçün istifadə etmədiyini və ictimaiyyətdə onun haqqında yayılan bəzi iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

“Sosial məsafə” praktikasının mənbəyi olmadığını iddia edən Fauci bu addımın ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi tərəfindən məktəblərdə tətbiq etmək üçün yaradılan təlimat olduğunu izah edib.

Sessiyada çıxış edən respublikaçılar epidemiya dövründə Faucinin bəzi qərarlarının Amerika cəmiyyətində ciddi müzakirələrə səbəb olduğunu və bəzi qərarların elmi əsaslarının zəif olduğunu iddia ediblər.

Elmi metodlarla bağlı tənqidlərə görə Respublikaçılar və Dr. Fauci ilə onu dəstəkləyən Demokratlar arasında mübahisə olub.

Əksər respublikaçılar Amerika ictimaiyyətinin Demokratik Bayden administrasiyası tərəfindən virusun mənbəyi və necə yayıldığı barədə kifayət qədər məlumatlandırılmadığını bildirib.

Sessiyanın sədri respublikaçı Bred Uenstrup Bayden administrasiyasının prosesi səhv idarə etdiyini, bəzi məsələlərdə şəffaf olmadığını və bunda Faucinin rolunun olduğunu vurğulayıb.

Sessiyanın sonrakı hissələrində söz alan Respublikaçı Marjorie Taylor Greene Faucinin sözlərində ciddi təhriflər və qeyri-dəqiqliklər olduğunu iddia edib. Fauci isə amerikalıları “sosial məsafə” ilə bağlı evlərində qalmasını əsaslandırsa da, o, belə hərəkət etmədiyini iddia edib.

Kaliforniyadan seçilən demokrat Robert Qarsiya bildirib ki, onun hər iki valideyni epidemiyada həyatını itirib. Amma buna baxmayaraq, inanır ki, Faucinin yönəltdiyi epidemiya ilə mübarizə üsulları minlərlə insanın həyatını xilas edib.

Qeyd edək ki, ABŞ-da COVID-19 epidemiyası zamanı prosesi idarə edən şəxs kimi tanınan Fauci epidemiya dövründə insanların evdə qalması üçün bir sıra təlimatlar hazırlayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*