“Evə gəlmə, heç kimə demə, ərə gedə bilməzsən…” – COVID-19-a yoluxan qızbackend

"Evə gəlmə, heç kimə demə, ərə gedə bilməzsən..." - COVID-19-a yoluxan qız 

Türkiyədə COVID-19-dan sağalan Melek Yıldırım xəstəliyi müddətində baş verənlərlə bağlı danışıb.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 13 günlük müalicə dövrü keçirən Mələk o günlərin çox ağır olduğunu, hətta ailəsinin ona evə gəlmə dediyini bildirib:

“4-9 mart tarixlərində Parisdə oldum. Koronavirusa orada yoluxdum. Türkiyəyə qayıtdıqdan 5 gün sonra halım pisləşdi. Doğum günümdə – 16 martda xəstəxanaya yatırıldım.

Fransadan döndükdən sonra canlı ünsiyyətdə olduğum 8 nəfərin 6-da koronavirus aşkarlandı.

Ailəm Madriddədir, Diyarbakırda çalışıram. Elə orada xəstəxanada yatdım. 13 gündən sonra evə buraxıldıqda evimizə zəng vurdum. Atamın ilk sözü bu oldu: “Qızım, evə gəlmə”.

Anam isə testimin cavabı pozitiv çıxdığını öyrənincə ilk reaksiya belə oldu: “Qızım, heç kimə demə. Qohum-əqraba bilməsin, ərə gedə bilməzsən”.

Qeyd edək ki, özü də tibb işçisi olan Mələk hazırda koronavirusdan sağalıb və Türkiyədə koronavirusdan mübarizədə tətbiq edilən plazma üsulu ilə qan verərək xəstələrin həyatını xilas edir. Həkimlər Mələyin ikinci dəfə qan verəcəyini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*