Evinə hücum olarsa müqavimət göstərəcəyini deyən eks-prezident tutuldubackend

Evinə hücum olarsa müqavimət göstərəcəyini deyən eks-prezident tutuldu

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev bu gün saxlanılıb.

Konkret.az Rusiya mediasına istinadla xəbər verir ki, Almazbek Atambayevin həbs edilməsi üçün onun yaşadığı Göy Daş kəndində əməliyyat keçirilib.

Xüsusi təyinatlılar Atambayevin kənddəki iqamətgahına hücum ediblər  və prezidenti tutublar. Onun kənddən vertolyotla aparıldığı bildirilir.

Xəbər verirlir ki, prezidentin iqamətgahının ətrafına onun tərəfdarları toplaşıb, habelə bəzi yollarda Atambayevin Bişkəkək aparılmasına mane olmaq üçün barrikadalar qurulub.

Məlumata görə, sabiq prezidentin tərəfdarları arasında 10-a yaxın şəxs yaralanıb və onların arasında jurnalist Aida Cumaşova da var.

APA agentliyi qeyd edir ki, Qırğızıstanda sabiq Prezident A. Atambayevə qarşı parlament araşdırması aparılır. Bu ilin iyununda deputatlar sabiq Prezidenti toxunulmazlıqdan məhrum ediblər. Ona qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb. Son bir il yarım ərzində A. Atambayevin tərəfdarları da cinayət məsuliyyətinə cəlb edilib. O, iyul ayında Moskvaya gedib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Xatırladaq ki, A. Atambayev 2010-cu ildə baş vermiş inqilab zamanı müxalifətin lideri olub. O Qırğızıstanın sayca 4-cü Prezidentidir. A. Atambayev ölkəyə 2011-2017-ci illər aralığında rəhbərlik edib.

Onu da qeyd edək ki, iyun oyunun sonlarında həbs ediləcəyini anlayan Atambayev onun iqamətgahına hücum olarsa, silahlı müqavimət gösrtərəcəyini bildirmişdi.

Konkret.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*