Eynəkləri bu yazılara inanıb ALMAYIN – Gizli təhlükə ortaya çıxdıbackend

Eynəkləri bu yazılara inanıb ALMAYIN - Gizli təhlükə ortaya çıxdı

Yay mövsümünün başlaması ilə gün eynəklərinə tələbat artsa da, mütəxəssislər saxta və keyfiyyətsiz məhsullarla bağlı vətəndaşlara xəbərdarlıq ediblər.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, Türkiyə Optiklər və Eynəkçilər Birliyinin prezidenti Ayhan Demircan bildirib ki, internet üzərindən və nəzarətsiz satış nöqtələrindən alınan gün eynəkləri göz sağlamlığı üçün ciddi risk yarada bilər.

Onun sözlərinə görə, gün eynəyinin üzərində UV400, CE və ya TSE nişanlarının olması məhsulun keyfiyyətinə tam zəmanət vermir.

A.Demircan qeyd edib ki, gün eynəyi seçərkən məhsulun üz quruluşuna uyğunluğu da nəzərə alınmalıdır. Bu səbəbdən eynəklərin optika mağazalarından alınması daha məqsədəuyğun hesab edilir.

Vurğulayıb ki, saxta gün eynəkləri ultrabənövşəyi şüalardan kifayət qədər qorunma təmin etmədiyi üçün göz sağlamlığına zərər verə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*