İran teokratik dövlətdir, dünyəvilikdən tam uzaqdır. Xarici siyasətində də imterialist maraqları daim öndədir. Zəngəzur dəhlizinin açılmasına mane olan fars şovinizmi Ermənistana hər cür siyasi, hərbi, iqtisadi köməyini əsirgəmir. İran 1979-cu ildən yeni dəyərlər sistemi yaratmağa çalışsa da, imperializm təfəkküründən qurtula bilmədi.
Doğrudur, ilk baxışdan belə görünür ki, 1979-cu ildə İranda baş verən islam inqilabı sosial mühafizəkarlığın artmasına səbəb oldu. Lakin Fransadan ölkəyə ixrac olunan inqilab dində şiəçiliyi artırmaqla region üçün təhlükəli olan baxışlar sistemini formalaşdıra bildi. Bu gün Yaxın Şərqdə, Suriyada, Livanda, Liviyada terrorçu qruplaşmalar yaradan Tehran rejimi əzdiyi xalqlarda ailə dəyərlərini darmadağın etmək üçün dini aspektdən zərərli dəyərlərin yayılmasına rəvac verdi.
Ümumiyyətlə, farslar tarixən eyş-işrətə meylli xalq olub. İranda qadağalar nə qədər sərt olsa da, biz tamam mənzərənin şahidiyik.
Bu gün böyük şəhərlərdə sərt qaydalardan sadəcə əsər-əlamət qalmayıb.
Məzhəbçiliyə görə qadağan olunsa da, gənc cütlüklər artıq müəyyən edilmiş yerlərdə kef məclislərində iştirak edə bilirlər. Oğlanların qızlarla ünsiyyəti inqilabın ilk 20 ilindən sonra heç bir şəkildə məhdudlaşdırılmır.
İranda ictimai yerlərdə rəqs etmək adi hala çevrilib. İndi kişilərlə bərabər ictimai yerlərdə qadınlar da rəqs edə bilirlər. Lakin qadınlara əvvəllər bu qadağan idi. Doğrudur, həmin qadağalar davam edir, amma buna əhəmiyyət verən yoxdur.
İranda intim xidmətlər əvvəlki kimi çox gizli deyil. Spirtli iççilərin satışı, siğə adı altında intim xidmətlərin geniş yayılması İranda mənəvi aşınmanın əsas göstəricilərindən biri sayıla bilər. Artıq farslar arasında ailə dəyərləri buxarlanır. İranın geyim kodu daha əvvəlki kimi sərt deyil. Hicabsız və başıaçıq qadınlara mollalar istisna edilməklə, heç kim tərəfindən pis baxılmır.
İranda artıq açıq-saçıq dondurma reklamına rast gəlsəniz, təəccüblənməyin. Yeri gəlmişkən, əvvəl belə hesab olunurdu ki, bu tipli reklam çarxları İslam ədəbinə ziddir və qadın dəyərlərini aşağılayır.
İranda qızlar və oğlanlar artıq öz hisslərini ictimai yerlərdə də göstərə bilər. Gənc cütlüklərin öpüşü, qucaqlaşması və hətta əl-ələ tutması yenə qadağan sayılsa da, bu qayda demək olar ki, ayrı-ayrı əyalətlərdə işləyir. Böyük şəhərlərdə bu, belə deyil.
İranda yalnız çimərliklər cinsinə görə bölünür. Qadın çimərliyində açıq çimərlik paltarına icazə verilir. Bununla belə, ortaq çimərliklər də var, lakin orada artıq çimərlik geyimi qapalıdır. Buraya bütün bədəni örtən qadın çimərlik kostyumları, kişilər üçün isə köynəklər və şortiklər daxildir.
İranda əks cinsin nümayəndələrini izləmək bəyənilmədiyi üçün burada uzun müddət qadınların kişilərin idman yarışlarına qatılmasına icazə verilmirdi. Qadın idmanını ictimaiyyətə nümayiş etdirmək heç də adət deyildi. Ancaq bir neçə il əvvəl FİFA-nın təzyiqi ilə qadınlar futbol stadionlarına buraxılmağa başladı.
Ölkədə müvafiq vətəndaş hüquqlarından istifadə edən böyük bir yəhudi icması olsa da, İran hökumətinin İsraillə münasibətləri olduqca pisdir. Bu səbəbdən bu ölkədə İsrail bayrağını, eləcə də digər yəhudi simvollarını nümayiş etdirmək qadağandır. İbrani dilində dinc bir yazı üçün belə problem ola bilər.
Natiq Səlim,
KONKRET.az
