Fələstinin BMT-yə qəbulla bağlı müraciətinə baxılması prosesi başladıbackend

Fələstinin BMT-yə qəbulla bağlı müraciətinə baxılması prosesi başladı

Aprel ayında BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik edən Malta Fələstinin dünya qurumuna qəbul üçün müraciətinə baxılması prosesinə başlayıb.

KONKRET.az xəbər verir ki, Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur bu barədə jurnalistlərə açıqlamasında ölkənin 2024-cü ildə dünya təşkilatının daimi üzvü olacağına ümid etdiyini bildirib:

“İnanıram ki, artıq bu proses başlayıb. BMT-nin 194-cü ölkəsi – üzvü kimi qəbul olunmağımız bizim üçün böyük əhəmiyyət kəsb edir”, – deyə Riyad Mənsur bildirib.

O qeyd edib ki, Fələstinin BMT-nin daimi üzvü olmaq istəyi dünya təşkilatının əksər ölkələri tərəfindən dəstəklənir.

Qeyd edək ki, Fələstinin hazırda BMT-də daimi müşahidəçisi var. Bu statusa malik ölkələr əksər iclaslarda iştirak edə və demək olar ki, bütün müvafiq sənədlərə çıxış əldə edə bilirlər. Lakin onlar səsvermə hüququna malik deyillər. Fələstindən başqa, yalnız Müqəddəs Taxt-Tac (Vatikan) BMT-də daimi müşahidəçi statusuna malikdir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*