Türkiyə Super Liqasının 6-cı turunda “Fənərbağça” doğma meydanda “Eyüpspor”u qəbul edib.
KONKRET.az xəbər verir ki, matç İstanbul təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb. “Fənərbağça” rəqibinin qapısından 8 cavabsız top keçirib.
Qarşılaşmada Vedat Muriqi 4 qolla komandasının qələbəsində əsas pay sahibi olub. Meyson Qrinvud 2, Matteo Qenduzi və İrfan Can Kahveci isə hərəyə 1 qolla yadda qalıblar.
