Məzuniyyətin kompensasiya ilə əvəz olunması qadağan edilirbackend

Məzuniyyətin kompensasiya ilə əvəz olunması qadağan edilir

Əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir.

KONKRET.az xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan hal istisna olmaqla (xitam zamanı kompensasiyanın ödənilməsi), əmək məzuniyyətinin Məcəllənin 114-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilən minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunmasının qadağan edilməsi təklif olunur. Eyni zamanda sözügedən layihədə əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi ilə bağlı anlayışa aydınlıq gətirilir, əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi halları geniş və dəqiq təsbit olunur.

Layihə çərçivəsində sözügedən hüquqla bağlı digər sahəvi qanunlarda da müvafiq uyğunlaşdırma aparılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*