FHN 20 gündür Kürdə batan şəxsi axtarır – VİDEObackend

FHN 20 gündür Kürdə batan şəxsi axtarır - VİDEO

Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları tərəfindən 21 dekabr 2022-ci il tarixində Kür çayının Tovuz rayonunun Qədirli kəndi ərazisindən keçən hissəsində batması ehtimal olunan 1974-cü il təvəllüdlü Məmmədov Eldəniz Mikayıl oğlunun axtarışları davam etdirilir.

Bu barədə KONKRET.az-a FHN-dən məlumat verilib.

Əlverişsiz hava şəraitinə baxmayaraq, FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirlərini həyata keçirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*