“Forbes” dünyanın ən zəngin iş adamlarının adlarını açıqlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, jurnalın reytinqinə ikinci ildir ki, LVMH rəhbəri Bernard Arnault başçılıq edir. Onun sərvəti 10%-dən çox artaraq 211 milyard dollardan 233 milyard dollara yüksəlib.
İkinci yerdə “Tesla” və “SpaceX” sahibi İlon Mask gedir. Onun sərvəti 8%-dən çox artaraq, 195 milyard dollara çatıb.
“Forbes” siyahısında üçüncü yeri “Amazon” qurucusu Ceff Bezos tutub. Onun sərvəti hazırda 194 milyard dollar təşkil edir.
Mark Zukerberq 2021-ci ildən bəri ilk dəfə “Forbes” siyahısında ilk beşliyə qayıdıb. Onun sərvəti 2,7 dəfə artaraq 177 milyard dollar olub.
Xatirə SADİQ
KONKRET.az