Sankt-Peterburq Forumunda Putinə görə internet bağlanacaqbackend

Sankt-Peterburq Forumunda Putinə görə internet bağlanacaq

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun iştirakçıları iyunun 16-da Vladimir Putinin çıxış edəcəyi plenar iclasda mobil internetdən istifadə edə bilməyəcəklər.

KONKRET.az xəbər verir ki, mümkün dron hücumlarının qarşısını almaq üçün tədbir zamanı rabitə əlaqəsi kəsiləcək.

Rəqəmsal İnkişaf Nazirliyinin əmrinə əsasən, internet lokal olaraq – yalnız forumun keçirildiyi konqres və sərgi mərkəzinin ərazisində söndürüləcək. Forumu təşkil edən Roskonqresin mətbuat xidməti mobil internetdə fasilələrin texniki işlərlə əlaqədar mümkün olduğunu bildirib.

“Mobil operatorların infrastrukturunda aparılan texniki işlərlə əlaqədar olaraq, 16 iyun 2023-cü il tarixində SPİEF məkanında mobil cihazlardan internetə çıxış müvəqqəti olmayacaq”, – təşkilatçılar bildirib.

İyunun 7-dən 9-dək Vladimir Putinin Avrasiya Konqresinə gəlişi ilə əlaqədar Soçi və Adlerdə internetə çıxış məhdudlaşdırılıb. Həmin tədbir iştirakçılarından birinin sözlərinə görə, şəhərdə LTE şəbəkələrinin bağlanması səbəbindən taksi proqramları, bank kartları işləməyib, mobil rabitə ilə zənglər mümkün olmayıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*