“Fransa Afrika ilə əlaqələri yeniləməyə və qitə üçün faydalı balanslı tərəfdaşlıqlar qurmağa çalışacaq”.
KONKRET.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Stefan Sejurne bildirib.
Yanvar ayında təyin olunan Sejurne Afrikaya ilk səfərini şənbə günü Keniyadan başlayıb və sonra Ruanda ilə Fil Dişi Sahilinə gedəcək.
“Bizim yol xəritəmiz məhz budur: bu tərəfdaşlıqları şaxələndirmək və sərmayə qoyacağımız ölkələr üçün faydalı etmək”, – Fransalı nazir əlavə edib.
Qeyd edək ki, Fransa Şərqi Afrikanın iqtisadi mərkəzi olan Keniyada kommersiya fəaliyyətini gücləndirib və on il ərzində ölkədə fəaliyyət göstərən fransız şirkətlərinin sayı demək olar ki, üç dəfə – 50-dən 140-a çatıb.
Natiq Səlim,
KONKRET.az
