Fransa ermənilərə görə Avropanı təhlükəyə atdı – Şərhbackend

Fransa ermənilərə görə Avropanı təhlükəyə atdı – Şərh

Şotlandiyanın 2021-ci ildə müstəqilliklə bağlı təkrar referendum keçirmək istəyi birbaşa Fransa ilə bağlıdır. Fransa Senatının bir qədər öncə “dqr” ilə bağlı qəbul etdiyi qərəzli qətnamə Azərbaycandan çox Avropanın başına bəla olacaq.

KONKRET.az xəbər verir ki, bu sözləri axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Şotlandiyanın Birinci naziri Nikola Stercenin Şotlandiyanın 2021-ci ildə müstəqilliklə bağlı təkrar referendum keçirmək istəyi haqda sözlərini şərh edərkən deyib.

O bildirib ki, şotlandlar bundan öncə də bir neçə dəfə müstəqillik üçün referenduma cəhd edib, lakin rəsmi London buna imkan verməyib:

“Qeyd etdiyim kimi, Şotlandiya son 5 ildə bir yox, bir neçə dəfə müstəqil olmaq üçün cəhd edib. Bu mənada 2021-ci ildə müstəqilliklə bağlı təkrar referendum keçirmək istəmələri normaldır. Lakin məsələ şotlandların müstəqil olmağından çox, Fransanın avantürist Prezidenti Emmanuel Makronun qarşıdan gələn seçkilərdə qalib gəlmək bahasına ermənilərə verdiyi dəstəkdir. Məsələ ondadır ki, Fransa Senatının bir qədər öncə “dqr” ilə bağlı qəbul etdiyi qərəzli qətnamə dünya gündəmində şok effekti yaratdı. Rəsmi Parisin belə məsuliyyətsiz və qeyri-qanuni hərəkət etməsi ilk növbədə Avropa üçün ziyandır. Fransa Senatının qəbul etdiyi qətnamə qondarma bir qurumu müstəqil dövlət olaraq tanımağı tövsiyə edir. Tövsiyə edilən bu qurum isə separatçı, heç bir tarixi, siyasi əsası olmayan və Fransanın istər 1918-ci, istərsə də 1992-ci ildə tanıdığı Azərbaycanın qanuni torpaqlarındadır. Rəsmi Paris əslində bununla Avropada son 10 il ərzində geniş vüsət alan separatizm meyillərinin güclənməsinə səbəb olacaq.

Bu, Britaniya daxilində Şotlandiya, İspaniyada Baskoniya və Kataloniya, Almaniyada Bavariya, Fransada Korsika, Burqundiya və s. separatçı qurumlara öz müqəddəratını təyinetmə hüququ istəmək üçün əsas verir.

Bunun ilk sədası isə artıq şotlandlardan gəlməkdədir. Onu da qeyd edim ki, Fransa İngiltərənin Breksit qərarından sonra Şotlandiyanın müstəqil olub Avropa İttifaqına qatılmasına ən çox tərəfdar olan ölkədir”.

Politoloqun sözlərinə görə, Şotlandiyanın 2021-ci ildə müstəqilliklə bağlı təkrar referendum keçirmək istəyi nəticəsiz qalacaq:

“Şotlandiya onsuz da yarımmüstəqil bir ölkə kimidir. Britanya krallığını təşkil edən 4 ölkədən ikincisidir. İstər krallıq üçün, istərsə də Avropa üçün kifayət qədər önəmə sahibdir. Lakin Şotlandiyanın öz müqəddəratını təyin etməsi Avropada domino effekti yarada bilər. Bu, eyni zamanda digər qeyd etdiyim separatçı ünsürlərin də fəallaşıb, müqəddəratını təyinetmə tələbinə gətirib çıxara bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*