Fransa ermənilərə görə İsrailə etiraz etdibackend

Fransa ermənilərə görə İsrailə etiraz etdi

Fransanın Qüdsdəki Baş Konsulluğu aprelin 3-də İçərişəhərin Erməni məhəlləsində baş verən hadisələrdən narahatlığını bildirib.

KONKRET.az xəbər verir ki, Fransanın Qüdsdəki Baş Konsulluğu Qüdsün Erməni məhəlləsində baş verən hadisələri şərh edərək, İsrail hakimiyyətini şəhərdəki status-kvonu şübhə altına alan hər hansı birtərəfli hərəkətlərdən çəkinməyə çağırıb.

Qeyd edək ki, aprelin 3-də israillilər polisin dəstəyi ilə Qüdsdəki “Koveru Partez” (İnək bağı) ərazisini zəbt ediblər və orada qurulan maneələri aradan qaldırıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə erməni fəallar, eləcə də erməni ruhanilərinin nümayəndələri arasında toqquşma baş verib.

“Fransa Qüdsün Erməni məhəlləsində dünən baş verən hadisələrdən narahatdır. Biz İsrail hakimiyyətini Qüdsdəki status-kvonu şübhə altına alan hər hansı birtərəfli hərəkətlərdən çəkinməyə çağırırıq”, – Baş Konsulluğun X sosial şəbəkəsində dərc olunan bəyanatında deyilir.

Qeyd edək ki, Qüds Erməni Patriarxlığı İsrail polisinin “Koveru Partez”dəki hərəkətlərini pisləyərək, onları qanunsuz adlandırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*