Fransanın Haute-Luara bölgəsində Frederik Sager adlı sahibkar fermasının yaxınlığındakı 4G antenasını söküb.
KONKRET.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
O bildirib ki, fermadan 200 metr aralıda yerləşən 4G antenası quraşdırılandan bəri inəklərin sağlamlığı pisləşib və süd məhsuldarlığı azalıb.
Fermer 200 baş heyvanının 50-sini antenalara görə itirdiyini iddia edib.
Qeyd edək ki, verilən şikayət üzrə Klermon-Ferran inzibati məhkəməsi mayın 23-də antenanın 2 ay müddətinə işləməməsi ilə bağlı qərar verib. Eyni zamanda antenanın fəaliyyətini dayandırmaq üçün operatorlara 3 ay vaxt verib.
Avqustun 17-də isə Dövlət Şurası regional inzibati məhkəmənin ciddi təhlükənin mövcudluğunu müəyyən etmədiyini bildirərək, qərarı ləğv edib.
Frederik Sager məhkəmənin qərarına etiraz edərək 4G antenasını kəndlilərin köməyi ilə söküb.
İqbal Rzayev,
KONKRET.az
