“Fransanın mənə ehtiyacı var” – İbrahimoviçbackend

“Fransanın mənə ehtiyacı var” - İbrahimoviç

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç növbəti dəfə maraqlı açıqlama ilə gündəmə gəlib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o, Fransa futboluna təsiri ilə bağlı fikirlərini bölüşüb.

İbrahimoviç onun gedişindən sonra Liqa1-in səviyyəsinin aşağı düşdüyünü iddia edib.

“Mən Fransanı tərk edəndən sonra orada hər şey aşağı düşdü. Ora ilə bağlı danışılacaq başqa bir şey yoxdur. Fransanın mənə ehtiyacı var, mənə Fransa lazım deyil. Hətta Mbappe, Neymar və Messinin varlığı da sizə kömək etməyəcək, çünki sizin tanrınız yoxdur”, – o bildirib.

Qeyd edək ki, İbrahimoviç 2012-2016-cı illərdə PSJ-də çıxış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*