
Ermənistanın dırnaqarası humanitar yardım şousu davam edir. Bu dəfə isə səhnədə şounun təşkilatçısı Fransa, açıq şəkildə özünü qabağa verib.
Məqsədinin nə olduğu da bəllidir.
Bir aydan artıqdır ki, Laçın sərhəd-keçid məntəqəsində dayananan ermənilərin 22 “humanitar yardım yük maşınına” bu gün daha bir neçəsi əlavə olunacaq.
Ancaq bu Azərbaycanın qətiyyətli mövqeyini dəyişməyəcək.
Fransa isə böyük canfəşanlıqla Xankəndidəki ermənilər üçün humanitar yardımın məhz Laçın Sərhəd Keçid Məntəqəsindən istifadə etməklə çatdırılmasını istəyir.
Niyə!?
Səbəb nədir !?
Əgər, məqsəd humanitar yardım etməkdirsə, Xankəndidəki ermənilərin qayğısına qalmaqdırsa, nə üçün bu humanitar yardımı Ağdam – Xankəndi yolu ilə çardırılmasını tələb etmir. Həmçinin Azərbaycan hökuməti 40 tonluq iki yük avtomobilini Xankəndiyə göndərib, hazırda iki yük avtomobili və çatdırılma heyəti Əsgəranın girişində tikanlı məftillər və beton sədlər önündə gözləyir.
Əgər ermənilərin humanitar yardıma ehtiyacı varsa, onların gündəlik qayğıları çətin durumdadırsa, o zaman göndərdiyimiz 40 ton yük maşını nə üçün orada gözləyir !?
Deməli Fransanın məqsədi humanitar yardım etmək deyil.
Məqsəd separaçıların Qarabağda daha da möhkəmlənməsi, özləri üçün hər hansı bir “statusun” əldə olunmasıdır.
Hər vəchlə buna çalışan ermənilər bu məqsədlərinə çatmaq üçün hər varianta da əl atırlar. Ermənilər uzun illərdən bəri Fransada lobbiçilik, Fransa hakimiyyətini ələ almaqdan, onlardan necə istifadə etməyin də yolunu tapıblar.
Artıq zaman dəyişib, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil.
Fransaya gəlincə isə tarixə nəzər salsaq Afrika ölkələrində xüsusilə Əlcəzairdə 100 minlərlə insanı amansızlıqla qətlə yetirib müstəmləkəçiliyi həyata keçirmişdir.
Əfsuslar olsun ki, bu həqiqətlər, bu qətliam dünya ictimaiyyəti, Avropa Birliyi tərəfindən bu günə qədər öz hüquqi qiymətini almamışdır.
Çünki, ikili standartlar Avropanın əsl simasıdır.
Fransanın qaranlıq tarixini araşdırdıqca müstəmləkəçilik, işgəncə, zülm etmək, işğalçılıq, separatizmə dəstək siyasətini açıqlığı ilə görmüş olarıq.
Bu gün həmin Fransa hakimiyyəti, prezidenti Makron humanizmdən, insanlıqdan danışır, Qarabağda yaşayan ermənilərin “humanitar çətinlikdən” xilası üçün dəridən-qabıqdan çıxır, təxribatlar törətməkdən çəkinmir.
Biz yaxşı bilirik ki, Fransa hakimiyyəti erməni lobbisinin əlində alət olaraq istifadə olunur.
Bir sözlə, necə ki, Rusiya istəmir ki, Cənubi Qafqazda sabitlik, sülh olmasın, eləcə də Fransanın bu təxribatları, humanitar yardım şousu da buna hesablanıb.
