Argentina futbol çempionatının 15-ci turu çərçivəsində futbolçu Mateo Koronel möhtəşəm qola imza atıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atletiko Tucuman” və “Barrakas Sentral”ın qarşılaşdığı oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Futbolçu Mateo Koronel isə oyunun 93-cü dəqiqəsində 70 metrdən rəqib qapısına vurduğu qolla yadda qalıb.
