Gecikdiyi üçün 190 manatı kartdan çıxara bilməyənlər nə etməlidir? – AÇIQLAMAbackend

Gecikdiyi üçün 190 manatı kartdan çıxara bilməyənlər nə etməlidir? - AÇIQLAMA

Bir neçə gün bundan əvvəl Operativ Qərargahın brifinqində hesablarına yüklənmiş 190 manatlıq birdəfəlik ödənişləri çıxara bilməyən vətəndaşların kartlarının bloklanması məsələsinə aydınlıq gətirilib.

KONKRET.az xəbər verir ki, brifinqdə çıxış edən Pezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, həmin pullar əmanət üçün verilməyib:

“Ancaq kimsə hansısa obyektiv səbəblərə görə vəsaiti götürə bilməyibsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir”.

Sözügedən açıqlamadan sonra sosial şəbəkələrdə bir sıra müzakirələr başlayıb. Bir qrup şəxs hesab edir ki, vətəndaşın 190 manata ehtiyacı varsa, onu vaxtında çıxarıb istifadə etməliydi.

Amma nəzərə alsaq ki, pandemiya dövründə vətəndaşlara ödənişləri nağd deyil, kart vasitəsilə etməyə dair müxtəlif çağırışlar olmuşdu, kartda pul saxlamaq daha məqsədəuyğun görünür. Bundan başqa, vətəndaş pulu kartında ona görə saxlaya bilər ki, hər hansı kommunal xərclərini kartla ödəsin, ehtiyaclarını onlayn həll etsin. Müavinəti alan şəxslər birdəfəlik ödənişin iyulda verilməyəcəyi səbəbi ilə də həmin pulu qarşıdakı ayı nəzərə alaraq kartda ehtiyat kimi saxlaya bilərdilər. Məsələ ilə bağlı “Qafqazinfo” Milli Məclisin deputatı Erkin Qədirlidən də münasibət öyrənib. O, bir neçə gün əvvəl Prezidentin köməkçisi Anar Ələkbərovla keçirilən görüşdə bu məsələni onun diqqətinə çatdırdığını vurğulayıb:

“Anar Ələkbərov problemi Prezidentə məruzə edəcəyini vurğuladı. Əlbəttə, bu ödəniş vətəndaşın haqqıdır. Onu kartdan istədiyi vaxt götürə bilər. Bu məsələyə vaxt məhdudiyyəti qoymaq doğru deyil”.

  • Zamina Elturan
    İyul 23, 2020 - 16:12

    Bu məsələ İyun və İyul ayında 190 manatı alanlara aiddi.Hansı ki,onlar yaşayan yerlərdə karantin rejimi vardı.Bunu qeyd etmək lazımdı.

Zamina Elturan üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*