Gədəbəydə şagirdlərin həyatı TƏHLÜKƏDƏ: Mənşəyi bilinməyən qidaları satışa kimlər çıxarır?backend

Gədəbəydə şagirdlərin həyatı TƏHLÜKƏDƏ: Mənşəyi bilinməyən qidaları satışa kimlər çıxarır? 

Gədəbəy rayonunda və Slavyanka kənd məktəblərində şagirdlərin sağlamlığına təhlükə yaradan vaxtı keçmiş və mənşəyi məlum olmayan qida məhsulları aşkar edilib.

KONKRET.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov və rayon prokuroru Əli Babayev İlham Əliyev Adına 1 saylı, Qoşqar Əhmədli adına Slavyanka kənd 1 saylı və Xitab İsmayılov adına Slavyanka kənd 2 saylı tam orta məktəblərində olan zaman bufetlərə baxış keçiriblər.

Bu zamanı son istifadə müddəti bitən və ya yararlılıq müddəti üzərində göstərilməyən, həmçinin mənşəyi bəlli olmayan  və əsasən İran İslam Respublikasında istehsal edilən, həmçinin heç bir sertifikat və rəsmi icazə alınmadan satışa çıxarılan qida məhsullarına rast gəlinib.

Məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Valideynlərə övladlarının sağlamlığı ilə bağlı məsələlərə həssas yanaşmaları tövsiyə edilib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*