Gəncədə 4 nəfər dəm qazından zəhərlənib.
KONKRET.az-ın məlumatına görə, şəhər sakinləri 1956-cı il təvəllüdlü Təhminə Qurbanova, 2005-ci il təvəllüdlü Gövhər Hacıyeva,
1981-ci il təvəllüdlü Sevda Mirəliyeva və 1946-cı il təvəllüdlü Qəzəfər Qəribov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
