Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az APA-ya istinadən bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki “VAZ 2107” markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
