Gəncədə kişi həyat yoldaşını bıçaqladıbackend

Gəncədə kişi həyat yoldaşını bıçaqladı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə şəhərdə yerləşən Xalça Kombinatının yataqxanasında qeydə alınıb.

1964-cü il təvəllüdlü İbrahimova Zərəfşan Eldar qızı 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*