Gəncədəki ailə faciəsinin TƏFƏRRÜATLARI – YENİLƏNİBbackend

Gəncədəki ailə faciəsinin TƏFƏRRÜATLARI - YENİLƏNİB

Gəncədə ailə münaqişəsi zəminində baş verən hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub.

KONKRET.az-ın məlumatına görə, qətli törədə şəxs, 1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğlu qardaşının ailə üzvlərini bıçaqlayıb.

M.Quliyev qardaşı arvadını, öz gəlinini və nəvələrini bıçaqlayıb.

Qardaşı arvadı, 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızı hadisə yerində dünyasını dəyişib.

Gəlini və nəvələri isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bıçaqlanan şəxslərin kimliyi məlum olub.

– 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızı (dünyasını dəyişib);

– 1984-cü il təvəllüdlü Quliyeva Günay Malik qızı;

– 2006-cı il təvəllüdlü Quliyev Malik Elnur oğlu;

– 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızı.

=======================================================================================================

Gəncədə 4 nəfərin bıçaqlanması ilə nəticələnən hadisənin təfərrüatları məlum olub

KONKRET.az-ın məlumatına görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Gəncə sakini qardaşının həyat yoldaşını, öz gəlinini və iki nəvəsini bıçaqlayıb. Qardaşı arvadı hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

=======================================================================================================

Gəncə şəhərində kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb.

KONKRET.az-ın məlumatına görə, bıçaqlananların biri ölüb, digər iki nəfəri isə ağır yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Ölən və xəsarət alanların kimliyi məlum deyil.

Hadisənin hansı səbəbdən baş verməsi dəqiqləşdirilir.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*