“Geosiyasi məsələlərə görə Ermənistanla İran arasında sərhəd bağlana bilər” – Koçaryanbackend

"Geosiyasi məsələlərə görə Ermənistanla İran arasında sərhəd bağlana bilər" - Koçaryan

“Sülh müqaviləsinin Qərb variantında Qarabağ Azərbaycana “təslim edilir”.

KONKRET.az xəbər verir ki, bunu media eksperti Tiqran Koçaryan “Regional sabitliyin təmin edilməsində Rusiyanın rolu” mövzusunda müzakirə zamanı deyib.

“2018-ci il gəldi, 1998 və 2008-də məğlub olanlar qüvvələr Ermənistanda hakimiyyət dəyişikliyi həyata keçirə və “Bolton planı”nı (ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton – red.) həyata keçirməli olan insanları hakimiyyətə gətirə bildi.

Bu planda üç məqam var. Birincisi, Rusiyanın Ermənistandakı təsirinin neytrallaşdırılması. İkincisi, Ermənistanın tarixi köklərindən imtina. Üçüncüsü, Nikol Paşinyanın Boltonla danışıqlardan sonra dedikləri, yəni: “Geosiyasi məsələlərə görə İranla sərhədlər bağlana bilər”, – deyə  media eksperti qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*