Gəzinti zamanı xəzinə tapdı, məlum oldu ki…backend

Gəzinti zamanı xəzinə tapdı, məlum oldu ki...

Çexiyanın Kutna Hora şəhərinin sakini gəzinti zamanı torpağa basdırılmış xəzinə tapıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çexiya Elmlər Akademiyasının Arxeologiya İnstitutu məlumat yayıb.

Xəzinədə 1085–1107-ci illər arasında zərb edilmiş 2150 ədəd gümüş sikkə var. Mütəxəssislər sikkələrin Praqada hazırlandığını və Bohemiyaya gətirildiyini irəli sürürlər.

Arxeoloqlar orta əsrlərə aid xəzinəni “onilliyin kəşfi” adlandırıblar. Onlar hesab edirlər ki, xəzinə siyasi qeyri-sabitlik dövründə gizlədilib. Həmin vaxt ölkədə Praqanın knyazlıq taxt-tacı ilə bağlı Prjemısloviçlər sülaləsinin üzvləri arasında mübahisələr vardı. O vaxtlar döyüşlər adi hal idi. Bu pulların maaş və ya müharibə qəniməti üçün nəzərdə tutulduğu istisna edilmir. Tapılan sikkələrin alıcılıq qabiliyyətini dəqiq müəyyən etmək çətindir, lakin ekspertlər bir şeyə əmindirlər ki, bu, böyük məbləğdir və o dövrün orta adamı üçün əlçatmazdır.

Hazırda tarixçilər sikkələri emal edir, onları rentgenoqrafiyadan keçirir və hazırlandığı ərintinin dəqiq tərkibini müəyyənləşdirir. Artefaktlar 2025-ci ildə açılması gözlənilən sərgidə ictimaiyyətə təqdim olunacaq.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*