İsrail hərbçiləri Qəzza zolağında ötən il oktyabrın 7-də oğurlanmış altı girovun cəsədlərini tapıblar.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.
Onların cəsədləri Qəzza zolağının cənubunda yerləşən yeraltı tuneldə aşkarlanıb.
Bildirilir ki, 6 girovdan birinin Rusiya vətəndaşlığı da olub. Bütün girovlar bu günlərdə öldürülüb.