Gömrük nəzarətindən gizlədilən siqaret və bitki dərmanları aşkar edildi – FOTObackend

Gömrük nəzarətindən gizlədilən siqaret və bitki dərmanları aşkar edildi - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” və “Mazımqara” gömrük postlarında “DAF”, “MAN” və “Mercedes-Benz” markalı  nəqliyyat vasitələri saxlanılıb, avtomobillərin sürücüləri şifahi sorğu-sual olunub.

KONKRET.az xəbər verir ki,sorğu-sual zamanı sürücülər idarə etdikləri avtomobillərdə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildiriblər.

Yoxlama zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən 400 qutu müxtəlif markalı siqaret və 72 ədəd 1 litrlik qablaşdırılmada bitki dərmanı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*