Goranboyda 2 azyaşlını maşın vurdubackend

Goranboyda 2 azyaşlını maşın vurdu

Goranboy rayonunda 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 2006-cı il təvəllüdlü Ramil Rzayev və 2005-ci il təvəllüdlü Elgün Musayevi avtomobil vurub.

Hər iki piyada müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*