Goranboyda ağır qəza – 5 nəfər yaralandıbackend

Goranboyda ağır qəza - 5 nəfər yaralandı

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ-2106 markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Nəticədə beş nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar Şəmkir rayon sakinləri 1990-cı il təvəllüdlü Əfsanə Huseynova, 2012-ci il təvəllüdlü Səma Sadıqova, yaşlı qadın Səkinə İsgəndərova və daha iki nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*