Göygöldə avtomobil qəzası baş verib.
KONKRET.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ-2106” ilə “Chevrolet Cruze” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır./apa
