“Biz buradan Tərtərə gedirik, atırlarsa atsınlar”.
KONKRET.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev erməni terroruna məruz qalan Bərdəyə səfəri zamanı deyib.
Hikmət Hacıyev düşmənin döyüş meydanından qaçdığını bildirib:
“Onların gücü yalnız qadınlara, uşaqlara çatır. Bura Bərdənin mərkəzidir. Burada hərbi obyekt yoxdur. Şəhərin mərkəzinə 5 “Smerç” raketi atanın məqsədi başqa nə ola bilər?
Bu, hərbi cinayətdir. Bu cinayəti törədən də Ermənistanın baş naziri Nikol Paşinyandır. Əgər kişidirlərsə, döyüş meydanında üzə çıxsınlar. Ali Baş Komandanın da dediyi kimi, iti qovan kimi qovuruq onları. Axıra qədər qovacağıq”.
