Paşinyan dövlət qurumlarının mürəkkəb adları ilə bağlı zarafat edib.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Ermənistanın Nazirlər Kabinetinin iclasında İqtisadiyyat naziri Vaan Kerobyan baş nazirə bir sıra dövlət qurumların çətin tələffüz edilən adlarından şikayət edib. O, həmin təşkilat və qurumlara daha yığcam və asan yadda qalan adların verilməsini təklif edib.
Baş nazirin müavini Mqer Qriqoryan zarafatla bu qurumlardan birinin adının “Smile” (“Gülüş”) adlandırılmasını təklif edib.
Nikol Paşinyan da buna eyni zarafatla reaksiya verib: “Gülümsəyin, sizi çəkirlər”.
Daha sonra o, ciddi şəkildə qeyd edib ki, qurumların adları brendləşmənin mühüm elementidir və gələcəkdə buna diqqət yetirməyə dəyər.
Xuraman Etibarlı,
KONKRET.az
