Gürcüstan Aİ-yə inteqrasiyanı dayandırırbackend

Gürcüstan Aİ-yə inteqrasiyanı dayandırır

“Gürcüstan 2028-ci ilə qədər Aİ-yə üzvlüklə bağlı danışıqları dayandırır”.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət üzvləri ilə mətbuat konfransında deyib.

“Biz 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməmək qərarına gəlmişik. Həmçinin, 2028-ci ilin sonuna qədər Avropa İttifaqının istənilən büdcə qrantlarından imtina edirik. Avropaya inteqrasiya üçün maliyyəni Aİ-nin bizə sədəqə kimi təqdim etməsi qəbuledilməzdir”, – Kobaxidze brifinqdə bildirib.

Kobaxidze onu da deyib ki, avropalı siyasətçilər və bürokratlar ayrılan qrant və kreditlərdən Gürcüstana qarşı şantaj kimi istifadə edirlər.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*